Petar Zlatinov: Azərbaycan millisi Robert Prosineçkinin gəlişi ilə uğurlu çıxış edir

Bakı “İnter”inin sabiq bolqarıstanlı futbolçusu Petar Zlatinov Avro-2016-nın seçmə qrup mərhələçi çərçivəsində sabah keçiriləcək Bolqarıstan – Azərbaycan matçı barədə fikir bildirib. Allsport.az saytı xəbər verir ki,  yarımmüdafiəçi sportinfo.az-a açıqlamasında, şansları bərabər sayıb:

“Bolqarıstan bu tsikldə elə də yaxşı çıxış etmədi. Halbuki İvaylo Petevin gəlişindən sonar, daha yaxşı nəticələrə ümid edirdik. Amma o, bunu bacarmadı. Azərbaycan millisi isə əksinə, Robert Prosineçkinin gəlişi ilə uğurlu çıxış edir. Düşünürəm ki, maraqlı və gərgin matç olacaq. Bolqarıstan kimi Azərbaycanda tsikli qələbə ilə başa vurmaq istəyir”.

Həmin kateqoriyadan