Petisiya Tokio-2020-nin əleyhinə 350 mindən çox imza toplayıb

Yapon vəkil və siyasətçi Kenci Utsunomiyanın təşəbbüskarı olduğu Tokio yay olimpiya və paralimpiya oyunlarının əleyhinə petisiya mayın 14-dək 350 mindən çox imza toplayıb. Allsport.az saytı xəbər verir ki, mayın 5-də internetdə yerləşdirilən petisiyada indiki koronavirus pandemiyası şəraitində olimpiadanın təhlükəsiz təşkili qeyri-mümkün hesab edilir.

Buna əsas kimi, dünyanın bir çox ölkələrində virusa yoluxmanın yayılması və peyvəndləmənin miqyasının kifayət qədər olmadığı göstərilir. Beynəlxalq olimpiya komitəsinə, Yaponiya hökumətinə və Tokio-2020-nin təşkilat komitəsinə ünvanlanan petisiyada, yarışların təxirə salınması və ya ləğv edilməsi tələb olunur.

Kyodo agentliyinin bu yaxınlarda keçirdiyi sorğunun nəticələrinə görə, Yaponiya əhalisinin 72 faizi oyunların bir daha təxirə salınmasını dəstəkləyib. Bununla yanaşı, Yaponiya həkimlərinin həmkarlar ittifaqları da “dördilliy”in yayda keçirilməsinin əleyhinə çıxış edib.

Həmin kateqoriyadan