- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
AFFA, “Qarabağ” və “Keşlə” klublarının rəsmi müraciəti əsasında PFL Topaz premyer liqasının 7-ci turu ilə bağlı dəyişiklik edib. Allsport.az saytı xəbər verir ki, millətlər liqasında 11 oktyabr tarixdə Farer adaları ilə səfərdə, 14 oktyabr tarixdə Malta ilə Bakıda keçiriləcək oyunlara daha yaxşı hazırlaşmaq məqsədi ilə millimiz 6 oktyabrda təlim-məşq toplanışına start verəcək.
Bütün bunları nəzərə alan “Boz ev” peşəkar futbol liqasından 7-ci turun təqvimində dəyişiklik edilməsini xahiş edib. “Ay-ulduzlular”ımızın beynəlxalq oyunlarını və “Qarabağ”ın ölkəmizi Avropa liqasının qrupunda təmsil etməsini nəzərə alan PFL hesabat turunun təqvimi ilə bağlı aşağıdakı dəyişikliyə razılıq verib:
* Topaz premyer liqasının 7-ci turunun 6 oktyabr tarixdə keçirilməli olan “Zirə” – “Qəbələ” matçı 5 oktyabr tarixdə keçirilsin.
* Topaz premyer liqasının 7-ci turunun 6 oktyabr tarixdə keçirilməli olan “Keşlə” – “Qarabağ” matçı 31 oktyabr tarixdə keçirilsin.