- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Peşəkar Futbol Liqası yeni mövsüm ərəfəsində daha bir dəyişiklik edib.
Allsport.az saytı xəbər verir ki, bu qurumun bayrağı altında keçirilən premyer liqa, Azərbaycan kuboku, əvəzedicilərin yarışı və 1-ci divizion oyunları zamanı klublar əvvəlki kimi 18 deyil, 23 futbolçunun xidmətindən istifadə edə bilərlər.
Bu dəyişiklikdən sonra komandalar dünya təcrübəsində olduğu kimi oyunun protokolunda maksimum 23 futbolçunun adını qeyd etmək və ehtiyat oyunçular skamyasında 12 futbolçu saxlamaq imkanına malik olacaqlar.