PFL Gəncə şəhər stadionu ilə əlaqədar qərar verib

Allsport.az xəbər verir ki, Gəncə şəhər stadionunun ot örtüyünün vəziyyəti Azərbaycan premyer liqasının oyunlarını qəbul etmək üçün yararlı deyil. Bununla əlaqədar Peşəkar futbol liqası “Kəpəz”  klubunun müraciət və təsdiq məktubunu nəzərə alaraq aprel ayının əvvəlcədən açıqlanan təqvimində aşağıdakı dəyişiklikləri edib:

15 aprel

“Kəpəz”  – “Turan Tovuz”
Qəbələ şəhər stadionu, 16:00

29 aprel

“Kəpəz” – “Sumqayıt”
Qəbələ şəhər stadionu, 16:00

Renovasiya işlərinə Peşəkar futbol liqası tərəfindən baxış keçirildikdən sonra “Kəpəz”  klubunun 33-cü turdan sonrakı ev oyunlarının Gəncədə keçirib-keçirməyəcəyinə yekun qərar veriləcək.

Həmin kateqoriyadan