- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 118
- Noyabr 25, 2024
- 0
Peşəkar Futbol Liqasında hər şey düzəlmişdi, qalmışdı bir saqqal darağı. Allsport.az saytı xəbər verir ki, idman ictimaiyyəti, KİV və futbol azarkeşlərinin ölkə çempionatının səviyyəsinin düşdüyünü müzakirə etdikləri bir zamanda, PFL-in otağına bir pişik-girib çıxır. Bəli, düz oxudunuz, pişik. Torbada deyildi, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin otağında sərbəst şəkildə gəzirdi. Kefi istəyəndə bu qurumun rəhbəri Aslan Şahgəldiyevin küncdə yerləşən tumbasında uzanıb əylənir, stulları üzərində gərnəşir, otağın pərdəsini dartışdırır. Çox güman, başqa şeylərdə də edir. Amma narahatçığıla dəyməz: xadimələrin canı sağ olsun. Erkək cinsdən olan pişiyin adı da var: Mini. Sözü gedən ev heyvanı ağ-qara rəngdədir.
Paytaxtda pişik saxlayanlar var. Mənə qəribə gələn, onun AFFA kimi ciddi federasiyanın iş otaqlarının birində əzizlənməsidir. Hamıya bəllidir ki, PFL-in öz binası yoxdur. Bu təşkilat «Boz ev»in 2-ci mərtəbəsinə sığınıb. Üstəlik, çox hörmətli baş katibin icazəsi olmadan bir tükün belə yerə düşməsinin qeyri-mümkünlüyü, idman KİV-inə çoxdan bəllidir. Azərbaycan nağıllarında deyildiki kimi, AFFA-ya quş gələndə qanad, qatır gələndə dırnaq salar. İndi necə oldu ki, PFL əməkdaşları baş katibin zəhmindən ehtiyatlanmadılar? Düzü, qurumun prezidenti Ramin Musayevin uzun illər çalışlıb, idarə etdyi «Neftçi»yə hökmü qalmayıb, qaldı ki ölkə çempionatında çıxış edən digər klublara. Kim nə istəyir edir. Bu günlərdə o da aşkarlandı ki, PFL-in Hakimlər Komitəsinə uzun müddət rəhbərlik edən Xaqani Məmmədov, sən demə, rüşvətxorun biri imiş. Gəl, indi burada sakit dayan. O boyda şok xəbər oldu, səbəbkarın başından bir tük də əsmədi. Bu azmış kimi, Ramin Musayev FİFA referisi Frank de Blekeri qəbul edərkən, Hakimlər Komitəsinin sədri də ordaydı.
Bu arada münəccimlər quğalımıza pıçıldayaraq: bəlkə, baş katib dinə-imana gəlib, daha rəhm göstərir. Ya da ki, «Boz ev»dəki casusları zəif işləməyə başlayıblar. Nə bilim. Allah axırını xeyir etsin. Hər şey bir yana, məlum rüşvət qalmaqalı ilə bağlı yaradılmış komissiya Xaqani Məmmədovun əvəzinə, Minini cəzalandırmasın, yazıqdır. Arada heç nədən gedər.
Kamran HACI