- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
Azərbaycan premyer liqasının 20-ci turunda “Səbail” – “Kəpəz” oyunundan sonra azarkeş bıçaqlanıb. Allsport.az saytı xəbər verir ki, hadisə matçın keçirildiyi “ASCO arena”nın yaxınlığında baş verib. Öncə hər 2 klubun azarkeşləri arasında mübahisə düşüb. Məsələ stadionun kənarında daha böyüyüb. Bu zaman “dənizçilər”dən olan bir fanat bıçaqla “Kəpəz”in tərəfdarına xəsartə yetirib.
Qarın boşluğundan xəsarət alan azarkeş dərhal 1 saylı kliniki tibbi mərkəz çatdırılıb. Gəncə komandasından verilən məlumata görə, əməliyyat olunan azarkeşin həyatı üçün təhlükə yoxdur. Gecə saatlarında klub rəhbəri İlqar Nadiri, millət vəkili Müşfiq Cəfərov, idman direktoru Mehman Allahverdiyev, baş məşqçi Tərlan Əhmədov və çoxlu sayda azarkeş zərər çəkən Rahib adlı Gəncə sakinini tək buraxmayıblar.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs də yaxalanıb. Bununla bağlı cinayət işi açılıb. Oyun 1:0 “Səbail”in xeyrinə sona yetib.