- Baxış sayı: 36
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 111
- Fevral 06, 2026
- 0
Peşəkar Futbol Liqası və “Topaz”ın birgə layihələri davam edir. Allsport.az saytı xəbər verir ki, ötən mövsüm olduğu kimi, cari çempionatda da jurnalistlərin bölgədə keçiriləcək oyunları işıqlandırmalarına şərait yaradılacaq. 2015/2016-cı illər mövsümünün ilk belə səfəri Qəbələyə təşkil olunacaq.
Topaz Premyer Liqasının VII turunda keçiriləcək “Qəbələ” – “Xəzər Lənkəran” (04.10.2015, saat 21:00) matçını işıqlandırmaq istəyən jurnalistlərdən sabah günün sonuna qədər bizə məlumat vermələrini xahiş edirik.
KİV nümayəndələrini Qəbələyə aparacaq avtobus bazar günü saat 13:00-da AFFA-nın inzibati binasının önündən yola düşəcək.