- Baxış sayı: 38
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 116
- Fevral 06, 2026
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 14-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Zirə” – “Xəzər Lənkəran” matçının 56-cı dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Elşən Rzazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 59-cu dəqiqəsində “Zirə”nin futbolçusu Nelson Bonilya ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Neftçi” – “Qarabağ” matçında “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun fasiləsi zamanı “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.
“Qəbələ” – “Rəvan” matçında “Rəvan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.