- Baxış sayı: 20
- 27 Noyabr 2024 17:16
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Premyer liqanın 16-cı turunda keçirilən “Sumqayıt” – “Neftçi” matçının 2-ci hissəsində qalmaqal olub. Allsport.az saytı xəbər verir ki, epizodların birində qonaqların futbolçusu İlkin Qırtımovla “Sumqayıt”lı Ehtiram Şahverdiyevin yan xəttin yaxınlığında toqquşması sonradan qalmaqala səbəb olub. Bir neçə oyunçunun bir yerə toplaşaraq mübahisə etdiyi məqamda görüşün baş hakimi İnqilab Məmmədov rəqibini vuran Rəşad Sadiqova qırmızı vərəqə göstərib. İlkin Qırtımov da hakimin qəzəbinə tuş gələrək “sarı” ilə cəzalandırılıb.
Apasport.az xəbər verir ki, azarkeşlərin oyunçulara nalayiq ifadələr işlətməsi isə qonaqların etirazı ilə qarşılanıb. Bu zaman rəqib həmkarı Tərlan Əhmədova yaxınlaşan “Sumqayıt”ın çalışdırıcısı Samir Abbasov məhz onun iradlarından sonra kənara gələrək azarkeşlərdən sakit olmalarını tələb edib.
Bundan 3-4 dəqiqə sonra ev sahibi komandanın baş məşqçisi özü də oyunu meydandan kənardan izləmək məcburiyyətində qalıb. Auta çıxan topa əsəbi şəkildə zərbə vuran və meydançaya girərək baş hakim İnqilab Məmmədovla mübahisə edən Samir Abbasov texniki zonadan uzaqlaşdırılıb.