- Baxış sayı: 11
- 21 Noyabr 2024 17:55
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Dünən «Xəzər» TV-də yayımlanan «Futbol saatı» verilişinin qonağı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev olub. Allsport.az saytının mətulamına görə, qalmaqallı açıqlamalar ilə daim tənqid olunun qurum rəhbəri yenə aranı qarışdırıb. AFFA rəsmisi bildirib, «Qarabağ» istisna olmaqla, digər klubların PFL-ə borcu olduğundan, cəza kimi onların futbolçu transfer etmələrinə imkan verilməyəcək. Burada cənab Musayev unudub ki, belə bir qərarı ancaq assosiasiyanın İntizam Komitəsi qəbul edə bilər. PFL-ə gəldikdə, İK-ya komandaların onlara olan borclarını ödəməməsi ilə bağlı müraciət etmək hüququ var. Yalnız bundan sonra İK həmin klublara müxtəlif cəzalar tətbiq edə bilər.
«Qarabağ»dan söz düşmüşkən, Ramin bəy bu komandanın azarkeşi olması, imkan düşən kimi «atlılar»ın oyunlarını canlı izləməsinə baxmayaraq, 3-qat ölkə çempionunun ştatlı 11-metrlik cərimə zərbəsinin kimin vurmasından xəbərsizdir. Belə olmasaydı, Riçard Almeydanın əvəzinə, penaltilərin yerli futbolçuların yerinə yetirildiyini söyləməzdi.
Verilişin sonunda, bu əlverişli cərimə zərbəsi ilə bağlı PFL prezidenti daha bir qınaq olunası açıqlama verdi. O bildirdi ki, birbaşa izlədiyi «Qəbələ» – «Rəvan» matçında hakimlər penalti təyin etdilər. Onun dəqiq olmasında şübhələr vardı. Hər 2 tərəf narazı qaldı. «Qara-qırmızılar» vitse-prezidenti Fariz Nəcəfov qalib gəldikləri qarşılaşmada dedi ki, Ramin müəllim, hakimlər belə penaltilər verməsinlər. Onun sözündən belə çıxdı, referilərimiz yeri gələndə, komandaya kömək məqsədi ilə 11-metrlik cərimə zərbəsi təyin edir. Maraqlısı budur ki, sözü gedən komandalar 2 dəfə üz-üzə gəliblər və oyunların heç birində penaltidən qol vurulmayıb. Demək, Ramin Musayev bu müzakirədə də səhvə yol verib, hansısa komandanın adını düz deməyib.