PFL pul tapmır – bu dəfə KİV arasında uduş keçirilməyəcək

Hər il ölkə kubokunun finalında Peşəkar Futbol Liqası kütləvi informasiya vasitələri arasında uduş keçirirdi. Allsport.az saytı xəbər verir ki, oyun gününə media bileti əldə edən jurnalistlər matçın əvvəlində seriya kuponunu şəffaf plasmas qutunun içinə atırdılar. Görüşdən sonra təşkil edilən mərasimdə 2 qalib həmkarımız PFL tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılırdı.

Verilən məlumata görə, manatın ucuzlaşmasından sonra yaranan maliyyə sıxıntısı sözü gedən təşkilata da təsir edib – bu dəfə həmin uduş kompaniyası keçilməyəcək. Buna qədər, qurum cari ildə KİV əməkdaşlarını bölgə oyunlarına ezamı dayandırıb. Həmin səfərdə qarşılaşmasının hesabını düzgün tapan jurnalist 1000 AZN mükafat alırdı.

Həmin kateqoriyadan