- Baxış sayı: 5
- 01 Aprel 2026 12:59
- Baxış sayı: 801
- Mart 30, 2026
- 0

İspaniya peşəkar futbol liqasının prezidenti Xavyer Tebas la liqanın bərpa ediləcəyi barədə xəbərləri təsdiq edib. Allsport.az xəbər verir ki, qurum rəsmisi iyunun 11-də Sevilya derbisi ilə çempionatın bərpa ediləcəyini deyib:
“Hər həftə ölkədə koronavirusa yoluxma faizi aşağı düşür. İspaniya çempionatının iyunun 11-də başlayacağı gözlənilir. Bunun üçün xeyli toplanacağıq.
İyunun 11-i hesab edirəm ki, “Sevilya – “Real Betis” matçı keçiriləcək. Həftəsonu oyunlar 3 fərqli saatda keçiriləcək. Əgər temperatur yüksək olsa, oyunların saatını irəli çəkəcəyik”.