PFL və QİÇS-lə Mübarizə Mərkəzinin birgə layihəsi

Peşəkar Futbol Liqası və Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) birgə kampaniya keçirəcək. Allsport.az xəbər verir ki, həmin kampaniya Topaz Premyer Liqasının 14-cü turunun bütün görüşlərində baş tutacaq.

Qeyd edək ki, 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar Bakı və regionlarda yerləşən ali təhsil ocaqlarında, ticarət mərkəzlərində, avtovağzallarda, dövlət və özəl sektor müəssisələrində və digər obyektlərdə profilaktik və maarifləndirmə yönümlü tədbirlər keçirir. Həmin tədbir bu il ölkə futboluna da sirayət edəcək. Belə ki, Premyer Liqada iştirak edən klublarımız oyuna “AİDS-ə birgə qalib gələk” pankartı və lentası ilə çıxacaqlar.

Məlumat üçün deyək ki, “Avropa İİV-ə testləşmə həftəsi” və 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar aparılan kampaniyanın məqsədi İİV-infeksiyasının sadə, asan və effektli diaqnostika metodu olan testin təbliği, bu virusun gec aşkarlanmasının qarşının alınması, insanlar arasında İİV-ə yoluxma yolları və bu təhlükədən qorunmaqla bağlı maariflənmə işinin aparılması, həmçinin bu virusla yaşayan insanların stiqma və diskriminasiyasına yol verilməməsidir.

Qeyd etmək lazımdır ki, Azərbaycanda dövlət İİV-ə pulsuz, anonim diaqnostikanı və müalicəni təmin edir.

Həmin kateqoriyadan