- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 174
- Mart 19, 2026
- 0

Peşəkar futbol liqası premyer liqanın yeni loqosunu təqdim edib. Allsport.az xəbər verir ki, yeni loqo 4 elementin vəhdətidir:
1) Alov – “odlar yurdu” Azərbaycanın əsas simvollarından biridir;
2) Dalğavari hissə – Xəzər dənizinə işarədir;
3) Qartal – Azərbaycan xəritəsinin ümumi görünüşünü özündə əks etdirir;
4) Qartal, alov və dalğa ilə əhatələnən top isə futbolun əsas simvoludur.
Premyer liqanın yeni loqosu tünd fonda ağ rəngdədir. Açıq fonda olarkən, loqonun əsas hissələri tünd göy göstərilir.