- Baxış sayı: 28
- 05 Dekabr 2025 19:37
- Baxış sayı: 110
- Dekabr 05, 2025
- 0

“Maklaren”in pilotu Oskar Piastri Formula-1 tarixində ad günündə podiuma çıxan yeddinci sürücü olub.
Allsport.az xəbər verir ki, aprelin 6-da, Yaponiya qran prisi günü avstraliyalının 24 yaşı tamam olub. Sudzuka halqasında Oskar dördqat Formula-1 çempionu “Red Bull”dan Maks Ferstappen və komanda yoldaşı Lando Norrisdən sonra üçüncü olub. Əvvəllər ad günlərində podiuma aşağıdakı sürücülər çıxmışdı:
1) Kris Eymon – 20 iyul 1968-ci ildə Britaniya qran prisində ikinci ən sürətli olub;
2) Karluş Pase – 6 oktyabr 1974-cü ildə ABŞ qran prisində ikincilik.
3) Ceyms Hant – Niderlan qran prisinin qalibi – 1976, 29 avqust;
4) Karlos Roytemann 12 aprel 1981-ci ildə Argentina qran prisində ikinci olub;
5) Jan Alezi – 11 iyun 1995-ci ildə Kanada qran prisində birinci yeri tutub;
6) Rubens Barrikello – 23 may 2004-cü ildə Monako qran prisində üçüncü oldu.