- Baxış sayı: 66
- 27 Yanvar 2026 20:57
- Baxış sayı: 133
- Fevral 02, 2026
- 0

“Maklaren”in sürücüsü Oskar Piastri Belçika qran prisinin qalibi olub.
Allsport.az xəbər verir ki, Frankorşamda baş tutan yürüşdə ikinci pilləni Piastrinin komanda yoldaşı Lando Norris tutub.
“Ferrari” pilotu Şarl Lekler isə üçüncü olub.
Formula-1 üzrə Azərbaycan qran prisi 19-21 sentyabrda keçiriləcək.