- Baxış sayı: 74
- 20 Mart 2026 22:44
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Pirelli” Formula1 Azərbaycan qran-prisində hansı təkərlərdən istifadə ediləcəyini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, şirkət Bakıya sərt – C2, C3 və C4 tərkibli şinləri gətirəcək.
Cari ildə komandalar hər həftəsonu – sərt, orta və yumşaq kateqoriyalı şinlərdən istifadə edə biləcəklər.
Sərtliyinə görə 5 dərəcəyə ayrılan təkərlərdən yalnız 3-ündən istifadə etmək mümkündür. Şinlərin seçilməsi isə trekin xüsusiyyətindən asılıdır.