- Baxış sayı: 35
- 24 Noyabr 2024 15:47
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Pirelli”də Formula-1 çempionatının komandalarına növbəti 3 mərhələdə – Azərbaycan, Kanada və Böyük Britaniyada əlçatan olacaq şinlərin tərkibini açıqlayıblar.
Allsport.az saytı xəbər verir ki, şirkət Bakı və Monreala ən yumşaq şinlərin üçlüyünü (C3, C4 və C5) gətirəcək. Hər pilot C3 və C4 yeni komplektinin hərəsindən bir dəst saxlamalı və onlardan azı birindən istifadə etməlidir.
Ən yumşaq tərkibli şin dəstinin biri final təsnifatına saxlanmalıdır, onluğa düşənlər sessiyadan sonra həmin şin dəstini qaytarmalıdırlar.
Silverstounda komandalar ən sərt tərkibli – C1, C2 və C3 şinlər üçlüyünü alacaqlar. C1 və C2 yürüş üçün, C3 təsnifat üçün lazım olacaq.
Azərbaycan mükafat yarışı 10-12 iyunda Bakıda keçiriləcək.