- Baxış sayı: 17
- 21 Noyabr 2024 17:55
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Yanvarda “Qəbələ” ilə icarə müddəti başa çatacaq Ruslan Abışov, yenidən müqavilə ilə məxsus olduğu Rusiyanın “Rubin” klubunun düşərgəsinə dönəcək. Allsport.az saytı xəbər verir ki, Futbolçunun gələcək karyerası Qazan təmsilçisinin verəcəyi qərardan aslı olacaq. “Qara-qırmızılar” yenidən müdafiəçinin xidmətində maraqlı olduğunu açıqlayıb.
Rekord.az –a daxil olan bilgiyə görə, “Neftçi” komandası da keçmiş futbolçusunun heyətində görmək istəyir və «ağ-qaralar» da Ruslanı icarəyə götürmək üçün “Rubin”lə danışıqlara başlamaq niyyətindədir.
Baş məşqçi Arif Əsədovun bu məsələyə münasibəti belə olub: “Bu haqda yazılanlara biz də rast gəlirik. Bilirsiniz, bu tip reklam xarakterli xəbərlər ola bilər. Amma bizim hələ ki, belə bir fikrimiz yoxdur. Yəni hələlik planımızda Ruslan Abışov yoxdur.
Ümumiyyətlə, klub olaraq hələ ki, qış transfer fəaliyyətinə başlamamışıq. Çünki qarşıda hələ daha 3 tur var. Yalnız qış fasiləsi start götürəndən sonra transfer fəaliyyətimizi müzakirə edəcəyik”.