- Baxış sayı: 16
- 04 Fevral 2026 12:21
- Baxış sayı: 152
- Fevral 02, 2026
- 0

“C” və “D” kvartetlərində Avro-2024-ün qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib, nəticədə turnirin pley-off mərhələsinə vəsiqə şansını itirmiş daha iki komanda müəyyənləşib.
Allsport.az xəbər verir ki, bunlar Xorvatiya (“B” qrupu) və Serbiya (“C” qrupu) olub.
Qrupdan 2 ən yaxşı komanda və üçüncü yeri tutan 4 ən yaxşı komanda 1/8 finala yüksəlir.
2 xalı olan Xorvatiya Sloveniyanın İngiltərə ilə heç-heçəsindən (0:0) sonra imkanını itirib. Xorvatiya hazırda 3-cü yerdə olan yeganə komandadır ki, daha pley-offda mübarizə apara bilməyəcək. Serblər də 4-cü yerdə (2 xal) qalaraq Avropa çempionatını tərk ediblər.
Bundan əvvəl qruplarında 4-cü yerləri tutan Şotlandiya (“A”), Albaniya (“B”) və Polşa (“D”) turnirdən kənarlaşdırılıb.