- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Qadın futbol millimiz Avropa çempionatının seçməsində “B” liqasının 1-ci qrupunda evdə Macarıstan futbolçularına 0:5 uduzub. Allsport.az saytı xəbər verir ki, oyunla bağlı millinin baş məşqçisi Siyasət Əsgərov bunu deyib:
“Düşünürəm ki, evdə böyük hesabla məğlub olmağımızın əsas səbəblərindən biri əksər futbolçularımızın Türkiyə çempionatında çıxış etməsidir. Orada mövsüm mayın 5-də başa çatıb. Türkiyədə çıxış edən futbolçularımızın fiziki durumu ilə bağlı problem yaşadıq. Eyni zamanda, oyun praktikasından əziyyət çəkirdilər. Bunu oyun zamanı da hiss etdik. Üstəlik, Manə Mollayeva və Peritan Bozdağ cəzalı olduqları üçün bizə kömək edə bilmirdilər. Esra Manya da son məşqdə zədələndiyi üçün riskə getmədik. Bu futbolçuların boşluğunu doldura bilmədik”.
O, sonunucu tur ərəfəsində pley-offa vəsiqə imkanının qaldığını bildirib: “Bu gün xal və ya xallar qazana bilsəydik, qrupu ikinci pillədə də tamamlaya bilərdik. Ancaq qarşıda hələ bir oyun var. İsveçrə ilə səfər matçında heç-heçə pley-offa vəsiqə şansımızı artıra bilər. Hətta 4 xalla belə, bunu reallaşdırmaq şansımız var. Təbii ki, bu, digər qruplardakı nəticələrdən də asılı olacaq. Növbəti mərhələyə vəsiqə qazanmaq fürsətini itirməmişik”.
Azərbaycan seçməsi qrupda son oyununu iyulun 16-da Lozannada İsveçrəyə qarşı keçirəcək.