“Barselona” yarımmüdafiəçini buraxmaq fikrində deyil

Maurisio Poçettino Qavini “Çelsi”də görmək istəyir.

Allsport.az xəbər verir ki, argentinalı mütəxəssis “Çelsi”nin baş məşqçi vəzifəsinə əsas namizəddir. 

O, komandanın yarımmüdafiə xəttini gücləndirmək istəyir.

Poçettino “Barselona”nın futbolçusu Qavini bəyənir. Baş məşqçi onu premyer liqa üçün çox maraqlı oyunçu hesab edir. 

Amma “Barselona” futbolçunu satmaq istəmir və onun müqaviləsini ən qısa zamanda rəsmiləşdirmək niyyətindədir. Futbolçunun özü də Kataloniya komandasını tərk etmək istəmir.

Qavi bu mövsüm la liqada 32 oyuna çıxıb. O, 1 qol vurub və 3 məhsuldar ötürmə edib 

Həmin kateqoriyadan