- Baxış sayı: 113
- 20 Mart 2026 23:43
- Baxış sayı: 144
- Mart 19, 2026
- 0

Polis, Rusiya premyer liqasında keçirilən “Volqa” – “Zenit” matçında meydana banan atan azarkeşi həbs edib. Allsport.az xəbər verir ki, Ulyanovsk vilayətinin polis idarəsi sosial şəbəkədəki səhifəsində “Zenit”in yarımmüdafiəçisi Vendelə banan atan azarkeşin həbs edildiyini açıqlayıb. Onun 2004-cü il təvəllüdlü rusiyalı sakin olduğu məlum olub.
Qanun pozuntusuna yol vermiş şəxs barəsində federasiyanın inzibati xətalar məcəlləsinin 20.31-ci maddəsi ilə “rəsmi idman yarışları zamanı tamaşaçıların davranış qaydalarının pozulması” ilə bağlı inzibati protokol tərtib edilib və əlavə baxılması üçün məhkəməyə göndərilib.