- Baxış sayı: 51
- 22 Dekabr 2024 21:44
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Millimizin keçmiş üzvü Polina Rəhimova beynəlxalq voleybol federasiyasınn idman komissiyasına namizədlərdən biridir. Allsport.az saytı xəbər verir ki, 31 yaşlı hücumçu yeni məqsədi barədə bunu deyib:
“Voleybol mənim həyatımdır, indi voleybola borcumu qaytarmaq vaxtı gəlib. Uzun illlər müxtəlif ölkələrdə və qitələrdə – Avropa, Asiya, Cənubi Amerikada yüksək səviyyəli voleybol oynadım. Dünya rekordunu qırdım, çox mükafat qazandım, fərqli voleybol mədəniyyətlərini öyrəndim. Həyatımın yarıdan çoxunu voleybolda keçirmişəm. Gələcəyimiz olan uşaqlar vasitəsilə onun bir parçasına çevriləcəyəm. Uşaqlarımız daha yaxşı həyat qurmağımız üçün şansdır və təcrübəmi voleybola ac olan gənc oyunçularla bölüşmək istəyirəm.
Üstəlik, mən dinc dünya istəyirəm. Ölkəm 2-ci Qarabağ müharibəsindən yeni çıxıb. Bu müharibədə ailələrini itirən çoxlu sayda uşaq var. Mən onların reabilitasiyasına kömək etmək istəyirəm. Bunu edə biləcəyim ən yaxşı yol voleyboldur. Federasiyamız və mən bu uşaqların sağ qalmasına kömək edəcəyik. Hobbi olaraq həyatımda çox səyahət etdim, amma voleybolu sevən, lakin yaxşı təşkil edə bilməyən ölkələrə voleybol ehtirasını gətirmək üçün bacardığım qədər səyahət etmək istəyirəm”.
2007-ci ildən Azərbaycan yığmasında çıxış edən Polina 2020-ci ilin əvvəlində millidəki karyerasını başa vurub. O, 2-ci Vətən müharibəsində Azərbaycan ordusunu təbliğ edib. Brazilyanın “Sesi” klubunda çıxış edən Rəhimova, okeanın o tayından əsgərlərimizə dəstək verib.