Polşa polisi Mahirlə bağlı araşdırmanı dayandırıb

Polşa polisi millinin futbolçusu Mahir Əmrəli və braziliyalı Lukinyasa ilə bağlı araşdırmanı dayandırıb. Allsport.az saytı xəbər verir ki, ötən ilin dekabrında onların çıxış etdiyi “Legiya” Polşa ekstraklassasında “Visla Plotsk”a məğlub olub. Oyundan sonra “hərbçilər”in bir qrup xuliqan azarkeşi komandanın avtobusuna daxil olaraq, hər 2 futbolçuya xəsarət yetirib. 

“Radio TOK FM”in jurnalisti Şimon Kempkinin sözünə görə, bu iş üzrə bütün şahidlər ifadə verib. Onlardan heç biri şikayəti olmadığını deyib. Bu səbəbdən də polis araşdırmanı bağlamaq qərarı verib.

Həmin olay səbəbindən futbolçumuz “Legiya”nı tərk edərək Zaqreb “Dinamo”suna keçib. Digər xəsarət alan legionçuya jest olaraq kapitanlıq verilmişdi. Amma bu günlərdə o da Polşanı tərk edərək, ABŞ-ın “Nyu-York Red Bulls” klubuna keçib.

Həmin kateqoriyadan