- Baxış sayı: 16
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Pol Poqba, irqçiliyi psixi xəstəlik adlandırırdı. Allsport.az xəbər verir ki, “Yuventus”un yarımmüdafiəçisi İspaniya çempionatının matçı zamanı “Valensiya” fanatlarının “meymun” və “axmaq” adlandırdığı Vinikius Cuniorla qalmaqalı şərh edib:
“Bizi kim qoruyacaq? İlk dəfə deyildi və sonuncu da olmayacaq. Amma biz bunun bir daha baş verməsnə yol verməməliyik. Düşünürəm ki, bu gün hamımız razılaşırıq ki, o vaxtdan bəri heç nə dəyişməyib.
Banan, heyvan səsləri, bizə qarşı nəğmələr? Bu, psixi xəstəlikdir. Məncə, hamımız razılaşırıq ki, nə reklam, nə də şüar bu insanları dəyişəcək. Bu il öyrəndiyim bir şey varsa, deməli, kiminsə qara ürəyi varsa, heç nə və heç kim onu dəyişə bilməz.
Əgər qurumlar real çıxış yolu tapmaq istəmirlərsə, gəlin bunu özümüz, özümüz üçün etməyə çalışaq.
Mən səni tam dəstəkləyirəm, bro”.