- Baxış sayı: 87
- 09 Oktyabr 2024 11:48
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
Bakıda təşkil olunacaq 17 yaşadək futbolçuların Avropa çempionatında Azərbaycan millisi ilə eyni qrupda yer alan Portuqaliya komandasının baş məşqçisi Eliu Souza turnirin startı öncəsi fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
“Öncə Azərbaycanla oyun haqda düşünməliyik. Çünki biz startda bu komanda ilə qarşılaşacağıq. Daha sonra isə Şotlandiya ilə görüşə köklənəcəyik. Hazırda biz Avropanın ən yaxşı komandası səviyyəsindəyik. AÇ-də bunu bir daha isbatlamalıyıq. Finala çıxmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Azərbaycanın qrupunda Portuqaliya ilə yanaşı, Şotlandiya və Belçika da var. AÇ-nin oyunları 5-21 may aralığında keçiriləcək.