- Baxış sayı: 13
- 26 Noyabr 2024 10:29
- Baxış sayı: 129
- Noyabr 25, 2024
- 0
Bu gün 17 yaşadək futbolçuların Bakıda keçirilən Avropa çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, turnirin həlledici – final oyununda Portuqaliya və İspaniya komandaları qarşılaşıblar. Adı ilk çəkilən milli bu görüşün də favoriti hesab olunurdu. Bu komanda əvvəlki oyunlarının heç birində qapısından top buraxmamışdı.
Pireney derbisində ispanların bu rəqiblə nə dərəcədə bacaracağı maraqla gözlənilirdi. Qarşılaşmada hesabı da məhz portuqaliyalılar açıblar. Amma ispanlar cəmi bir neçə dəqiqə məğlub durumda olublar.
Fasiləyə qədər cavab qolunu vuran İspaniya matçın əsas vaxtının tamamına qədər heç-heçə hesabını qoruyub – 1:1. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti zərbələri yerinə yetirilib. Daha dəqiq olan portuqaliyalılar AÇ-2016-nın qalibi adını qazanıblar – 5:4.