- Baxış sayı: 33
- 11 Aprel 2025 18:41
- Baxış sayı: 100
- Aprel 11, 2025
- 0
“Portuqaliyanın gücünü bilirik. Amma biz də qələbə üçün hər şeyi edəcəyik. Matça yaxşı hazırlaşmışıq. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”.
Allsport.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Namiq Ələskərov Bakıda Portuqaliyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.
26 yaşlı yarımmüdafiəçi fərqli mövqelərdə oynamasının onun üçün problem yaratmadığını bildirib: “Əvvəllər də fərqli mövqelərdə çıxış etmişəm. Harada oynamağımdan asılı olmayaraq, komandama kömək etməyə çalışıram”.
Sentyabrın 7-də Bakı olimpiya stadionunda oynanılacaq Azərbaycan – Portuqaliya matçı saat 20:00-da start götürəcək.