- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

AFFA intizam komitəsinin növbəti iclası keçirilib.
Allsport.az xəbər verir ki, iclasda premyer liqanın 10-cu turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.
Premyer liqanın 10-cu turunun “Sabah” – “Zirə” oyununda “Sabah” klubunun futbolçusu Xuan Kamara 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
10-cu turun “Keşlə” – “Neftçi” oyununun 86-cı dəqiqəsində azarkeş meydançaya daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.
10-cu turun “Səbail” – “Qəbələ” oyununda “Səbail” klubunun futbolçusu Yurqen Qoxa 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.