Premyer liqa klublarının nümayəndələri ilə onlayn iclas

Koronavirus pandemiyası ilə əlaqədar ölkə futbolunda yaranmış fasilənin aşağı yaş qrupları üzrə milli komandalarla yanaşı, klubların uşaq futboluna gələcək təsirini minimuma endirmək məqsədilə ilə AFFA müəyyən addımlar atır. Allsport.az xəbər verir ki, bu məqsədlə aşağı yaş qrupları üzrə milli komandaların koordinatoru, U-17 milli komandasının baş məşqçisi Miloş Velebitin və premyer liqa klublarının koordinator və məşqçilərinin iştirakı ilə onlayn iclas keçirilib.

İclasda aşağı yaş qruplarından ibarət milli komandalara karantin dövründə keçirilən məşqlərdən danışılıb və klublara bu barədə ətraflı məlumat verilib. Klublar da öz növbəsində futbolçuların hazırki fiziki durumu və keçirilən fərdi məşqlər haqqında nəticələri bölüşüblər.

“Neftçi”, “Qarabağ”, “Sumqayıt”, “Qəbələ”, “Zirə”, “Keşlə”, “Səbail” və “Sabah” klubunun nümayəndələrinin qatıldığı iclasda postpandemiya dövründə görüləcək işlər, gələcək planlar müzakirə olunub.

Həmin kateqoriyadan