- Baxış sayı: 33
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 117
- Noyabr 25, 2024
- 0
Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində matəm elan olunub. Allsport.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev qərar verib.
Bununla əlaqədar olaraq, Topaz Premyer Liqasının 15-ci turunun bütün oyunlarında futbolçular meydana qara sarğı ilə çıxacaq, matçlardan öncə 1 dəqiqəlik sükut elan olunacaq.
Qeyd edək ki, baş vermiş qəzada 32 nəfər xilas olub, 1 nəfər həlak olub, 30 nəfər isə itkin düşüb.