“Premyer liqada 10 klubun çıxış edəcəyinə məndə hələ əminlik yoxdur”

“Növbəti mövsüm premyer liqada 10 klubun çıxış edəcəyinə məndə hələ əminlik yoxdur. Əvvəllər də belə qərarlar olub, lakin mövsümün axırında görmüşük ki, iştirakçıların sayı artırılmayacaq”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib. AFFA icraiyyə komitəsinin son iclasında çıxardığı qərara münasibət bildirən gənc mütəxəssis, son günədək gözləməyi məsləhət görüb:

“Düzdür, icraiyyə komitəsi bu dəfə fors-major vəziyyətin yaranmayacağı halda, 10 komandanın çempionatda mübarizə aparacağını açıqlayıb. Ötən illərdə verilən qərarlardan yeganə fərq budur. Ümid edək ki, bu dəfə hansısa problem yaranmasın və həqiqətən də iştirakçı sayı artsın.

Əslində, bu, çoxdan olmalı idi. Çempionat son 5-6 ildə zəifləyib. Burada minimum 10 komanda olmalıdır. Mümkün olsa, sayı yenə artırmaq lazımdır. Komanda çox olmalıdır ki, həm futbolçular, həm də məşqçilər özlərini göstərə bilsinlər, azarkeşlər yenə stadionlara axışsınlar”.

Həmin kateqoriyadan