- Baxış sayı: 97
- 11 Fevral 2026 23:26
- Baxış sayı: 44
- Fevral 10, 2026
- 0

Faiq Hacıyev premyer liqada 100-cü oyununu keçirib.
Allsport.az xəbər verir ki, “Turan Tovuz”un kapitanının yubileyi “Karvan-Yevlax”la matça (1:0) təsadüf edib. O, Azərbaycan premyer liqasının XIX turunun görüşünə start heyətində çıxıb.
Faiq keçirdiyi 100 qarşılaşmada 3 qol vurub.
25 yaşlı müdafiəçi iki klubun formasını geyinib. 2019/20 mövsümündə “Qəbələ” köynəyi ilə premyer liqada debüt edən Hacıyev “qırmızı-qaralar”la 6 oyuna çıxıb. O, “Turan Tovuz”dakı 94 görüşdə 3 qol vurub.
Faiq turnirin tarixində 100 və daha çox oyun keçirən 451-ci futbolçu olub.