- Baxış sayı: 6
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi ilə premyer liqada 250-ci qələbəsini qazanıb.
Allsport.az saytı xəbər verir ki, bu, 16-cı turdan təxirə salınan “Sumqayıt”la oyunda gerçəkləşib. 5:0 hesabı ilə qalib gələn Ağdam klubu 50 yaşlı mütəxəssislə 250-ci dəfə üç xal qazanıb.
2008-ci ilin yayından “Qarabağ”ı çalışdıran Qurbanov bu müddətdə komandanı 416 çempionat görüşünə çıxarıb. Bunların 250-sində qələbəyə sevinən mütəxəssis 105 heç-heçə və 61 məğlubiyyət də yaşayıb.
Qeyd edək ki, Qurbanov həm bir komanda ilə, həm ümumi qələbə sayında baş məşqçilər arasında ölkə çempionatları tarixinin rekordçusudur.