- Baxış sayı: 25
- 30 Mart 2026 15:25
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Premyer liqanın ilk turu Laurentsiu Regekampfın “Neftçi”nin baş məşqçisi kimi debütü ilə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, Şamaxıda eyniadlı komanda ilə görüş rumıniyalının ölkə çempionatınnda ilk matçı olub.
O, Azərbaycan futbolu tarixinə 60-cı əcnəbi baş məşqçi kimi düşüb. Premyer liqada 3-cü rumıniyalı mütəxəssis olub. Onadək Mirça Rednik “Xəzər Lənkəran”ı, Dorinel Muntyanu “Qəbələ”ni çalışdırıb.
Flaqman səfərdə 1:0 hesablı qələbə qazanıb.