Premyer liqada bu mövsümün mükafatlandırması “Azərsun arena”da baş tutdu

Premyer liqanın cari mövsümünə bu gün yekun vuruldu. Allsport.az saytı xəbər verir ki, “Azərsun arena”da sonuncu – 35-ci turun “Qarabağ” – “Turan Tovuz” oyunundan sonra 2022/2023-cü illər mövsümünün qaliblərinin mükafatlandırma mərasimi təşkil olundu.

Öncə Azərbaycan çempionatına himayədarlıq etdiyinə görə “Misli” ASC-nin baş direktoru Osman Qaraquşa, Peşəkar futbol liqası tərəfindən xüsusi hədiyyə təqdim edildi. Həmçinin 22 qolla ən məhsuldar oyunusu olan “Qarabağ” klubunun üzvü Ramil Şeydayev xüsusi mükafata layiq görüldü.

Mövsümü mükafatçılar sırasında başa vurmuş “Neftçi”, “Sabah” və “Qarabağ” komandaları müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla mükafatlandırılıblar. Mərasimdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, PFL-in prezidenti Elxan Səmədov və assosiasiyanın baş katibi Sərxan Hacıyev iştirak etdilər. Tədbirin sonunda “Qarabağ” komandasına çempionluq kuboku AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən təqdim olundu.

 

Həmin kateqoriyadan