Premyer Liqada cari mövsümün ən yaşlı qolçusu

Topaz Premyer Liqasının 17-ci turunun “Rəvan”la qarşılaşması “İnter”in gürcüstanlı legioneri Zurab Xizanişvili üçün əlamətdar olub. Allsport.az xəbər verir ki, karyerası ərzində Gürcüstan, İngiltərə və Türkiyə çempionatlarında qol sevinci yaşamış müdafiəçi Premyer Liqada ilk dəfə fərqlənib.

Bununla da Zurab cari mövsüm Azərbaycan çempionatında qol vuran ən yaşlı futbolçu olub. O, “Rəvan”ın qapısına 34 yaş 70 günlüyündə yol tapıb. Bunadək rekord Rəşad Abdullayevə məxsus idi. O, 6-cı turun “Xəzər Lənkəran”la qarşılaşmasında 33 yaş 361 günlüyündə qol sevinci yaşamışdı.

Mövsümün ən gənc qol müəllifi isə Mahir Mədətovdur. “Qarabağ”ın futbolçusu 3-cü turda AzAL-ın qapısına yol tapıb. Həmin yarımmüdafiəçi 18 yaş 53 günlüyündə fərqlənib.

Həmin kateqoriyadan