“Premyer liqada ilk mövsümə sanki hər oyun final kimi başladıq”

Allsport.az xəbər verir ki, Pep Qvardiola “Arsenal”la matçdan öncə gözləntilərini bölüşüb.

“Mən bir neçə həftə əvvəl dedim: mövsümün sonuna yaxın uduzsaq, deməli hərşey bitdi. Premyer liqada ilk mövsümə sanki hər oyun final kimi başladıq. Çox yaxşı xatırlayıram.

İndi isə “Arsenal”ı kənardan seyr edərək, onlar üçün hər oyunun final olduğunu hiss etmək olar.

Amma indi, xüsusilə son bir neçə ayda ÇL, FA kuboku, premyer liqa oynayanda görürük ki, artıq mövsümün sonu yaxınlaşır.

Və biz nə üçün oynadığımızı başa düşürük. İndi hər şey bizim əlimizdədir. Qalib gəlsək, hər şey öz əlimizdədir. Amma qarşıda hələ 7 matç var” – deyə “Mançester Siti”nin baş məşqçisi bildirib.

Həmin kateqoriyadan