- Baxış sayı: 6
- 27 Noyabr 2024 10:32
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
Premyer liqasının XVII turunda “Səbail” klubu ilə oyun Nihad Əhmədzadə üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, “Sumqayıt” futbol məktəbinin yetirməsi olan yarımmüdafiəçi 16 yaş 144 günlüyündə adıçəkilən matçın 80-ci dəqiqəsində Todor Todoroskinin əvəzinə meydana daxil olmaqla, Azərbaycan çempionatlarında debüt edib. Futbolçu, həmçinin cari mövsümdə premyer liqada meydana çıxan ən gənc futbolçu ünvanına sahib çıxıb.
Klubun tarixində Nihad Əhmədzadədən əvvəl Səbuhi və Rüfət Abdullazadələr də ən gənc futbolçu ünvanına sahib çıxıblar. Belə ki, baş məşqçi Samir Abasov 2017/2018-ci il mövsümündə “Sumqayıt”ı çalışdırarkən Səbuhi Abdullazadə komandanın heyətində debüt etməklə premyer liqa tarixinə düşmüşdü. O zaman Səbuhinin 15 yaşı var idi.