Premyer liqada mövsümün rekordu

Azərbaycan premyer liqasında XXXVI turun oyunlarını 24300 tamaşaçı izləyib.

Allsport.az xəbər verir ki, bu, mövsümün mütləq rekordudur.

Bunadək ən yüksək göstərici XXXII tura təsadüf edib – 13800 izləyici.

Ümumilikdə isə çempionatın 180 matçında 276 min 487 seyrçi olub. Orta hesabla hər oyunu 1536 tamaşaçı izləyib.

XXXII turun “Sumqayıt” – “Qarabağ” və XXXVI turun “Sumqayıt” – “Qəbələ” görüşlərini rekord sayda – 9300 izləyici seyr edib. XXI turun “Sumqayıt” – “Neftçi” qarşılaşmasında bu rəqəm 8100-ə bərabər olub.

Ən çox tamaşaçı toplayan üç oyuna “Sumqayıt” ev sahibliyi etsə də, mövsümün ən çox seyrçi toplayan komandası “Turan Tovuz” olub. Bu göstəricidə “Neftçi” üçüncüdür.

yerkomandaoyuntamaşaçıOrta
1Turan Tovuz18739004106
2Sumqayıt18515162862
3Neftçi18313211740
4Sabah18269971500
5Qarabağ18226281257
6Zirə18202001122
7Kəpəz1814615812
8Səbail1814190788
9Qəbələ1810730596
10Araz-Naxçıvan1810390577
Cəmi1802764871536

Həmin kateqoriyadan