Premyer Liqada “Şah oyun” həyəcanı

Bu gün Topaz Premyer Liqasında 13-cü turun daha iki görüşü baş tutacaq. Allsport.az xəbər verir ki, ikinci oyun günü “Şah oyun”la əlamətdar olacaq.

“Xəzər Lənkəran” doğma meydanda “Neftçi”ni qəbul edəcək. Çempionatın cari mövsümünün sürpriz komandası olan “Zirə” bu tur səfərdə “Rəvan”ın qonağı olacaq.

Topaz Premyer Liqası
13-cü tur
22 noyabr

18:00. “Xəzər Lənkəran” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Knyaz Əmiraslanov, Rza Məmmədov, Nail Nağıyev.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

20:00. “Rəvan” – “Zirə”
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, İsgəndər Əliyev, İnqilab Məmmədov.
Bakı. “Bayıl Arena”.

Turun digər oyunları: “Sumqayıt” – “Qəbələ” – 2:2, “Qarabağ” – “Kəpəz” – 3:0. 23 noyabr (17:00. “İnter” – AzAL).

Bombardirlər:
6 – Riçard Almeyda (“Qarabağ”)
5 – Ruslan Qurbanov (“Neftçi”), Aleksey Antonov (“Qəbələ”).

Həmin kateqoriyadan