- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Premyer liqada tamaşaçı sayında mövsümün yeni rekordu qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, 25-ci turun oyunlarını ümumilikdə 5800 azarkeş izləyib.
“Şamaxı” – “Səbail” qarşılaşmasında 2200, “Qarabağ” – “Sabah” matçında 1800 tamaşaçı olub. “Sumqayıt”la “Neftçi”nin duelini 1300, “Zirə” və “Qəbələ” arasında görüşü 500 nəfər seyr edib.
Bu, mövsümün bir tur üçün ən yüksək göstəricisidir. Bunadək rekord 3-cü turda qeydə alınmışdı – 4750. 15-ci turu 4550, 22-ci turu 4150 tamaşaçı seyr edib.