- Baxış sayı: 87
- 09 Oktyabr 2024 11:48
- Baxış sayı: 34
- Noyabr 25, 2024
- 0
2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinə son dörd vəsiqə uğrunda pley-off oyunlarının püşkü atılıb. Allsport.az xəbər verir ki, püşkatma nəticəsində pley-offa çıxan 8 komanda aşağıdakı kimi rəqib olub:
Ukrayna – Sloveniya
İsveç – Danimarka
Bosniya və Herseqovina – İrlandiya
Norveç – Macarıstan
Bu cütlərin qalibi olacaq dörd kollektiv qitə birinciliyinə vəsiqəni təmin edəcək.
Qeyd edək ki, Bosniya və Herseqovina yığmasının heyətində Azərbaycan Premyer Liqasında çıxış edən İbrahim Şehiç (“Qarabağ”) və Ermin Zets (“Qəbələ”) də top qovur.
Meydan sahibi Fransadan əlavə Avropa çempionatında çıxış edəcəyi dəqiqləşən digər komandaların siyahısı isə belədir: İngiltərə, Şimali İrlandiya, Portuqaliya, İslandiya, Çexiya, Avstriya, İspaniya, İsveçrə, İtaliya, Belçika, Uels, Albaniya, Almaniya, Polşa, Rumıniya, Rusiya, Slovakiya, Xorvatiya və Türkiyə.