Premyer liqanın tarixinə keçdi

“Brayton”un yarımmüdafiəçisi Ceyms Milner premyer liqanın 26-cı turunda “Aston Villa”ya qarşı matçda meydana çıxaraq tarixi rekorda imza atıb.

Allsport.az xəbər verir ki, bu, 40 yaşlı futbolçunun çempionatdakı 653-cü oyunu olub və o, Qaret Barriyə məxsus olan mütləq rekordu bərabərləşdirib.

Milner hazırkı baş məşqçisi Fabian Hürselerdən (32 yaş) 8 yaş böyükdür. Karyerası ərzində “Liverpul”, “Mançester Siti”, “Aston Villa”, “Nyukasl” və “Lids” kimi klublarda çıxış edən veteran oyunçu, cari mövsümdə 16 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan