Prezident kubokunun qalibləri

“İdman paytaxtı” Quba şəhərində ilk dəfə tam məsafəyə marafon qaçış yarışı keçirilib. Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyi, Azərbaycan atletika federasiyası və “Zəfər” qaçış klubunun birgə təşkilatçılığı ilə keçirilən prezident kuboku uğrunda marafonda Türkiyə, Rusiya, Gürcüstan, Çin və Belçikadan ümumilikdə 132 atlet mübarizə aparıb.

Quba olimpiya idman kompleksindən start götürən və 42 km 195 metr olan marafonda iştirakçılar Heydər Əliyev prospekti üzrə hərəkət ediblər.

Kişilərin mübarizəsində Türkiyə təmsilçisi Əhməd Alqanoğlu qalib olub. Elman Abışov yarışı ikinci, Ağa Əliyev üçüncü yerdə qərarlaşıblar. Qadınların mübarizəsində Leyla Abdinova, Yuliya Belkova, Natalya Şiyanova fərqləniblər. 40, 50 və 60 yaşdan yuxarı iştirakçılar kateqoriyasında müvafiq olaraq kişilərdə Qin Ru, Yadigar Hüseynov və Tapdıq Dadaşov, qadınlarda isə Aynur Kazımova və Gülparə Əliyeva qalib adını qazanıblar.

Həmin kateqoriyadan