- Baxış sayı: 32
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 207
- Fevral 04, 2026
- 0

İspaniya peşəkar futbol Liqasının prezidenti Xavyer Tebas iyunun 12-də la liqanı bərpa etməyə çalışacaqlarını deyib. Allsport.az xəbər verir ki, qurum rəsmisi iyunun 12-də yarışı davam etdirmək istədiklərini bildirib:
“Bundesliqanın bərpasına çox sevindim və onları təbrik etdim. Çox vacib iş gördülər, onlarla qürur duyuram. Təqlid üçün örnəkdir. İspaniyada çempionatı ən yaxın zamanda bərpa etmək istəyirik. İyunun 12-nə hazırlaşırıq.
Futbolçular da özlərinə gəlməlidir. Hər yeni mərhələ çoxlu insanla birgə olmağımıza şərait yaradır və diqqətli olmalıyıq. Təhlükəsizlik tədbirlərimizlə məşqdə virusa yoluxmaq demək olar mümkünsüzdür”.