Prezident uğur qazanmış idmançıları mükafatlandırdı

Prezident İlham Əliyev 2025-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.

Allsport.az xəbər verir ki, orderlər Şəmsi Səfərliyə (ağırlıqqaldırma), Böyükxanım Astanovaya (güllə atıcılığı), Murturza Validarviyə (badminton), Mehran Həmidzadəyə (basketbol), Malik Həsənova (boks), İmamverdi Məmmədova (cüdo), Ramil Vəliyevə (sambo), Tofiq Əliyevə (gimnastika), Oqtay Abdullayevə (futbol), Nurəddin Məmmədova, Solmaz Adilovaya, Ülvi Qənizadəyə, Murad Məmmədova (hamısı – güləş), Ramil Cəfərova, Aygül Abdullayevaya (hər ikisi – taekvondo), Yelizaveta Rubana (voleybol), Xəyyam Orucova (zorxana), Elnur İbrahimə (karate), Taleh Nağızadəyə (savat), Nərmin Kazımovaya (şahmat) və Fərid Tağızadəyə (parataekvondo) təqdim edilib.

Həmin kateqoriyadan