- Baxış sayı: 20
- 04 Fevral 2026 10:53
- Baxış sayı: 151
- Fevral 02, 2026
- 0

İyunun 12-də tarixdə ilk dəfə Azərbaycanda futbol üzrə Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib. Allsport.az azərtac-a istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “A” qrupunun Bakı olimpiya stadionuna keçirilən Uels-İsveçrə matçına (1:1) baxıblar.
Avropa çempionatının 60 illik yubileyi münasibətilə Avro-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunur. Bakı olimpiya stadionu “A” qrupunda iyunun 16-da Türkiyə – Uels və iyunun 20-də isə Türkiyə-İsveçrə oyunlarına da ev sahibliyi edəcək. İyulun 3-də isə Bakıda 1/4 final mərhələsinin bir qarşılaşması olacaq.